1 ildir futboldan uzaq qalan Emmanuel Ebue yenidən karyerasını bərpa edir.
Sportal.az xəbər verir ki, Fil Dişi Sahili milli komandasının sabiq üzvü karyerasını Macarıstanda davam etdirəcək. 34 yaşlı cinah müdafiəçisi bu ölkənin "Ferensvaroş" klubunun məşqlərində iştirak edir.
Qeyd edək ki, təcrübəli futbolçu karyerası ərzində "Arsenal", "Qalatasaray" kimi klublarda çıxış edib. Ötən mövsüm "Sanderlend"lə müqavilə imzalasa da FİFA-nın qadağası üzündən 1 il müddətinə futboldan uzaq qalmalı olmuşdu.
saytlarin hazirlanmasi