Konfederasiyalar kubokunun finalında keçiriləcək Çili - Almaniya oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, matçı Serbiya Futbol Federasiyasından Milorad Maziç idarə edəcək. Ona Milovan Ristiç və Dalibor Durdeviç köməklik edəcək. Dördüncü hakim funksiyasının Damir Skomina yerinə yetirəcək.
Çili - Almaniya görüşü bu gün Bakı vaxtı ilə 22:00-da keçiriləcək.
Əlavə edək ki, Milorad Maziç 2010-cu ildə ÇI-nın II təsnifat mərhələsində keçirilən "Lex" - "İnter" matçını idarə edib. Həmin oyunda "İnter" qələbə qazansa da, penaltilər seriyasında "Lex"ə məğlub olmuşdu və mübarizəni dayandırmışdı.
Bundan əlavə, Maziç DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan - Rusiya (1:1) matçını idarə edib. Serbiyalı referi həmin matçda Maksim Medvedevə qırmızı vərəqə göstərmişdi.