UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Samtredia” transfer fəaliyyətini davam etdirir.
Sportal.az xəbər verir ki, Gürcüstan klubu 3 oyunçu ilə yollarını ayırıb və 1 futbolçunu transfer edib.
Qapıçı Nika Dauşvili, yarımmüdafiəçi Konstantin Belov və hücumçu David Çeqelişvili ilə yollar ayrılıb. Əvəzində isə heyətə Bakar Balde cəlb olunub. Bekar ötən mövsümü Portuqaliya 3-cü liqası təmsilçisi “Mirandela”da çıxış edib.
saytlarin hazirlanmasi