Sisse yenidən futbola qayıtdı

17:40 - 4 İyul 2017

Bu ilin fevral ayında karyerasını bitirdiyini açıqlayan Fransa yığmasının sabiq hücumçusu Cibril Sisse yenidən futbola qayıdıb.


Sportal.az xəbər verir ki, o, İsveçrənin "İverdon" klubuna transfer olunub. Bu ölkənin 3-cü divizionunda mübarizə aparan klub bu gün fransız futbolçunu ictimaiyyətə təqdim edib.


Qeyd edək ki, "Oser"in yetirməsi olan Cibril peşəkar karyerasına 1998-ci ildə məhz bu klubda başlayıb. O, ölkəsində Marsel "Olimpik"inin, "Bastiya"nın, "Sen-Peruaz"ın, İngiltərədə "Liverpul", "Sanderlend" və KPR-in, Yunanıstanda "Panatinaikos"un, İtaliyada "Latsio"nun, Qətərdə "Al-Qarafa"nın, Rusiyada "Kuban Krasnodar"ın da şərəfini qoruyub.

Xəbər xətti