FİFA hakimləri təhqir edən məşqçini cəzalandırdı

18:12 - 8 İyul 2017

FİFA Meksika yığmasının baş məşqçisi Xuan Karlos Osorionu 6 oyunluq cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, buna onun Rusiyada təşkil olunan Konfederasiyalar Kubokunun 3-cü yer uğrunda keçirilən Meksika - Portuqaliya matçında hakimi təhqir etməsi səbəb göstərilir. 

 

Həmin oyunda hesabı meksikalılar açsa da, qarşılaşmanın son saniyələrində avropalılar hesabı bərabərləşdirmiş, əlavə olunan yarım saatda isə daha bir qol vuraraq bürünc medal qazanmışdılar. 

Xəbər xətti