"Barselona" Beynəlxalq Çempionlar Kubokunda "Yuventus"a qalib gəlib.
Sportal.az xəbər verir ki, görüş Amerikanın İst-Ruterford şəhərində baş tutub və kataloniyalıların 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
Matçı stadionda 82 min 104 tamaşaçı izləyib. Oyunun 15-ci dəqiqəsində Neymar ispan komandasını hesabda irəli çıxarıb, birinci hissənin ortalarında isə braziliyalı hücumçu dublunu rəsmiləşdirib. "Yuventus"un müdafiəçisi Corco Kyellini 62-ci dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıb, lakin turinlilər bundan artığına nail ola bilməyiblər.
Turnirin növbəti oyununda "Barselona" "Mançester Yunayted"lə, "Yuventus" PSJ ilə qarşılaşacaq. Hər iki oyun iyulun 27-də keçiriləcək.
saytlarin hazirlanmasi