Futbol üzrə Makedoniya çempionatında 4-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun formasını geyindiyi "Pobeda" səfərdə "Şkendiya" ilə qarşılaşıb. Matç 3:3 hesablı bərabərliklə başa çatıb. Tural da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, "Pobeda" geridə qalan turlarda cəmi 4 xal qazanıb və 10 komanda arasında yeddinci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi