Bu gün Azərbaycan kubokuna start verilib.
Sportal.az xəbər verir ki, 1/8 final mərhələsindən başlayacaq turnirin ilk oyun günündə 2 qarşılaşma baş tutub. “Qarabağ” "Qaradağ Lökbatan"a 2:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.
“Neftçi” isə “Zaqatala”nı qəbul edib. "Ağ-qaralar" 1/4 finala 5:0 hesabı ilə qalib gələrək yüksəlib.
Azərbaycan kuboku
1/8 final
28 noyabr (çərşənbə axşamı)
16:00. “Qarabağ” – “Qaradağ Lökbatan” - 2:0
Qollar: Əfran İsmayılov, 57, Pedro Enrike, 81
Hakimlər: Ramil Diniyev, Elşad Abdullayev, Nahid Əliyev, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Hakim-inspektor: Əli Hüseynov
“Azersun Arena”
17:00. “Neftçi” – “Zaqatala” - 5:0
Qollar: Daniel Seqovia, 8, 35, 54, Uqo Barqas, 50, Emin Mahmudov, 59
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Mehman Mahmudov, Etibar Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
8-ci km qəsəbə stadionu