"Qəbələ"nin qışda heyətinə qatmaq istədiyi futbolçulardan birinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Rumıniyanın "Astra" klubunun futbolçusu Aleksandru Dandya "qırmızı-qaralar"ın transfer hədəfindədir. Bu barədə məlumatı "fanatiko" nəşri yayıb. Məlumatda bildirilir ki, "Qəbələ"nin nümayəndələri 29 yaşlı müdafiəçinin Rumıniya çempionatının 16-cı turunda "Styaua"ya qarşı 90 dəqiqə oynadığı görüşü stadiondan izləyiblər. "Qəbələ"nin rumıniyalı oyunçu üçün 15 min dollar maaş və əlavə bonuslar ödəməyə hazır olduğu xəbərdə qeyd olunub.
Dandya 2015-ci ildən "Astra"da çıxış edir.
Qeyd edək ki, "Qəbələ"də Kristian Pulxak, Adrian Ropotan və George Floresku kimi rumıniyalı futbolçular çıxış edib.
saytlarin hazirlanmasi