Bu gün Topaz Premyer Liqasında 14-cü turun daha bir oyunu keçiriləcək.
Sportal.az xəbər verir ki, autsayder "Kəpəz" Gəncədə "Sumqayıt"ı qəbul edəcək. Meydan sahibləri Yunis Hüseynovun rəhbərliyi altında çempionatda ilk qələbəsini qazanmağa çalışacaq. "Sumqayıt" isə 4-cü pillədəki yerini möhkəmləndirmək üçün səfərdən xalla dönməlidir.
2 dekabr (şənbə)
Topaz Premyer Liqası
XIV tur
14:00. “Kəpəz” – “Sumqayıt” - 0:3
Qollar: Bəxtiyar Həsənalızadə, 21, Cavid İmamverdiyev, 60, 68
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu