Xorvatiya futbolunun əfsanəvi futbolçusu Davor Şuker yenidən ölkəsinin Futbol Federasiyasının prezidenti seçilib.
Sportal.az xəbər verir ki, seçkilərdə yeganə namizəd olan məşhur sabiq futbolçu 52 İcraiyyə Komitəsi üzvündən 48-nin etimadını qazanıb.
Qeyd edək ki, 49 yaşlı keçmiş futbolçu 2012-ci ildən Xorvatiya Futbol Federasiyasının prezidentidir.