Milli komandanın yeni baş məşqçisi müəyyənləşdi

16:02 - 25 Dekabr 2017

Çili millisinin yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az xəbər verir ki, DÇ-2018-dən kənarda qaldıqdan sonra baş məşqçi Xuan Antonio Pitsi ilə yollarını ayıran Çili Futbol Federasiyası, yığmaya yeni baş məşqçi tapıb. Cənubi amerikalıları bundan sonra Reynaldo Rueda çalışdıracaq.

 

Məşqçi karyerası ərzində Ekvador, Kolumbiya, Honduras kimi milliləri də çalışdırmış 60 yaşlı mütəxəssis bir dəfə mundialın iştirakçısı olub. Honduras millisi 2010-cu ildə, CAR-da təşkil edilən dünya çempionatında məhz kolumbiyalı mütəxəssisin rəhbərliyi altında çıxış edib.

Xəbər xətti