Ukraynanın “Dnepr” klubu 2018-ci ildə dağıla bilər.
Sportal.az xəbər verir ki, klub keçmiş futbolçularına borclu olduğu üçün 2018-ci ildə peşəkar statusundan məhrum ediləcək. Bu barədə Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko məlumat verib.
Qeyd edək ki, “Dnepr” hazırda Ukrayna ikinci liqasında çıxış edir. Komandanın hesabından indiyə qədər 27 xal silinib.
Əlavə edək ki, "Dnepr" 2014/15 mövsümündə Avropa Liqasının finalçısı olub.
saytlarin hazirlanmasi