"Milan"ın sabiq futbolçusu prezident seçildi

17:56 - 27 Dekabr 2017

Yaxın keçmişin əfasanəvi futbolçularından Corc Vea Liberiya Respublikasının prezidenti seçilib.

 

Sportal.az xəbər verir ki, o, seçkilərin ikinci mərhələsində əsas rəqibi Cozef Bokanı qabaqlayıb. 51 yaşlı siyasətçi 2005-ci ildən sonra ikinci dəfə qatıldığı seçkidə qalib olmağı bacarıb.

 

Vea futbolçu karyerası ərzində "Çelsi", "Mançester Siti" və "Milan" kimi klublarda forma geyinib. O, 1995-ci ildə dünyanın ən yaxşı futbolçusu seçilib.

Xəbər xətti