Belçikada 2017-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, bu ada "Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard layiq görülüb. "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyne 2-ci, "Mançester Yunayted"in hücumçusu Romelu Lukaku isə 3-cü olub.
Qeyd edək ki, Hazard ötən il 52 matçda meydana çıxıb. O, 20 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb. Həmçinin, Belçika millisi DÇ-2018-ə vəsiqə qazanıb.
saytlarin hazirlanmasi