Uruqvayın "Penarol" klubunda forma geyən Lukas Vyatri ciddi şəkildə yaralanıb.
Sportal.az xəbər verir ki, argentinalı futbolçu yeni il şənliyi zamanı xəsarət alıb. Belə ki, 30 yaşlı hücumçunun sifətində fişəng partlayıb. Pirotexniki vasitələr Argentina millisinin sabiq futbolçusunu ciddi şəkildə yaralayıb.
O, bu səbəbdən 3 ay yaşıl meydanlardan kənar qalacaq.
Vyatri karyerasının ən yaxşı dövrünü yetirməsi olduğu "Boka Xuniors"da keçirib. Hücumçu 3 dəfə Argentina millisinin formasını geyinib.
saytlarin hazirlanmasi