Robert Prosineçki: "Bosniya və Hersoqovina millisi Azərbaycan yığmasından bir addım öndədir"

00:46 - 5 Yanvar 2018

Millimizin sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Hersoqovina yığmasını çalışdıracaq.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis yeni iş yeri ilə bağlı danışıb. 48 yaşlı çalışdırıcı millimizi və Bosniya və Herseqovina yığmasını müqayisə edib. Prosineçki bildirib ki, yeni iş yeri bir addım öndədir:

 

“Bosniya və Hersoqovina kimi yığmanı çalışdıracağım üçün şadam. Mənə etimad edənlərə təşəkkür edirəm. Hamımızın başlıca hədəfimiz əla nəticələr qazanmaq və komandanı böyük turnirlərə çıxarmaqdır. Bosniya və Hersoqovina millisi bütün komponentlərdə Azərbaycan yığmasından bir addım öndədir. Çalışacağıq ki, bütün üstün cəhətlərimizdən yararlanaq”.

 

Qeyd edək ki, Robert Prosineçki 2014/2017-ci illərdə millimizi çalıdşırıb.

Xəbər xətti