İspaniya Sequndasında 17-ci turdan təxirə salınmış bir oyun keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik” səfərdə “Osasuna” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Millimizin üzvü start heyətdə başladığı qarşılaşmanın 39-cu dəqiqəsində zədələnərək əvəzlənib.
“Ximnastik" 22 turdan sonra 28 xalla 22 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi