Nazarov: "Partlayış" edə bilərəm"

14:22 - 23 Yanvar 2018

Millimizin futbolçusu Dmitri Nazarov açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Almaniyanın II Bundesliqa təmsilçilərindən "Aue"nin şərəfini qoruyan yarımmüdafiəçi öz oyunu ilə "partlayış" edəcəyinə inandığını bildirib:

 

"Keçən il etdiyim "partlayış"ı təkrarlaya bilərəm. Komandama kömək edə biləcəyimə inanıram. Fasiləyə qədər bəzi uğursuz oyunlarımız olsa da, xallar qazana bildik. Bir çox komandadan üstün tərəflərimiz var. Çempionatda qalmaq uğrunda mübarizədə rəqiblərimiz "Darmştadt", "Braunşveyq", "Kayzerslautern" və "Qreyter Fürt" olacaq. Ağıllı şəkildə işləməyə davam etməliyik".

 

Qeyd edək ki, "Aue" çempionatın 19-cu turu çərçivəsində, yanvarın 24-də "Düsseldorf"un qonağı olacaq. Nazarovun komandası 18 turdan sonra 13-cü pillədə yer alır.

Xəbər xətti