Tuğrul Erata şans verilmədi

11:25 - 24 Yanvar 2018

Almaniya 2-ci Bundesliqasında 19-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” səfərdə “Bohum”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:0.


Eratın adı bu qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.


“Duysburq” geridə qalan turlarda topladığı 29 xalla 18 klub arasında 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti