Millimizin üzvü: "Türkiyə və Danimarkada oynamaq şansım azdır"

16:51 - 26 Yanvar 2018

"Məni Azərbaycan millisinə dəvət etdilər. Avstriyada Çexiyaya qarşı yoxlama oyununda iştirak etdim. Həmin oyunda özümü yaxşı tərəfdən göstərməyi bacardım. Bundan sonra millinin digər toplanışlarına dəvət aldım".

 

Sportal.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Onur Albayrak deyib. 21 yaşlı futbolçu qış transfer dönəmində Danimarkanın "Hobro" klubundan ayrılıb. Danimarka mətbuatına müsahibə verən futbolçu Azərbaycan millisindən və "Hobro"dan ayrılmasından danışıb:

 

"Hobro"dan ayrılmağım mənim üçün zərbədi. Çünki milli komandada yaxşı oyun göstərirdim, özümü sübut etmişdim. "Hobro"da forma şansı qazandığm üçün milli komanda vacib idi. Orda oynayıb özüm üçün təcrübə toplayırdım. Millidə özümü göstərmək şansı qazandım".  

 

Hücumçu Azərbaycan millisini seçməsinin səbəbini açıqlayıb: "Düşünürdüm ki, Türkiyə və Danimarkada oynamaq şansım azdı. Düzü, Danimarkanın aşağı yaş qruplarında oynamışam və dəvət almaq şansım var idi. Lakin gözlədiyim olmadı. Azərbaycandan dəvət aldım və onlara müsbət cavab verdim. Mənim üçün şans idi. Amma əsas yığmada debüt etmədiyim üçün hələ seçim imkanım var". 

Xəbər xətti