Türkiyə Super Liqasında 19-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” doğma meydanda “Konyaspor”la üz-üzə gəlib və bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Bu qış “Bursaspor”dan transfer olunan Dəniz də bu oyunda yeni klubundakı ilk oyununa çıxıb. O, görüşün 46-cı dəqiqəsində meydana buraxılıb.
"Gənclərbirliyi" geridə qalan turlarda topladığı 20 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi