Türkiyə kubokunda 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, ilk matçda "Beşiktaş" doğma meydanda "Gənclərbirliyi" ilə qarşılaşıb. Matç "qara qartallar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Gənclərbirliyi"nin şərəfini qoruyan millimizin futbolçusu Dəniz Yılmaz 46-cı dəqiqədə meydanda daxil olub. O, 53-cü dəqiqədə komandasının yeganə qolunu vurub.
Bu komandalar arasında cavab görüşü fevralın altısı keçiriləcək.
"Beşiktaş" - "Gənclərbirliyi" - 3:1
Qollar: Mustafa Pektemk, 21, Alvaro Neqredo, 74 (pen.), Anderson Taliska, 79 - Dəniz Yılmaz, 53
saytlarin hazirlanmasi