Nazarovun oynamadığı matçda komandası darmadağın oldu

15:15 - 3 Fevral 2018

Almaniya 2-ci Bundesliqasında 21-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” səfərdə “Nürnberq”lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:4.

 

Nazarov bu qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, “Aue” geridə qalan turlarda topladığı 23 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.

Xəbər xətti