Millimizin və Türkiyənin "Gənclərbirliyi" klubunun futbolçusu Dəniz Yılmaz zədələnib.
Sportal.az xəbər verir ki, hücumçu Türkiyə kubokunun 1/8 finalında "Beşiktaş"la cavab görüşündə oynamayacaq. Məşq zamanı zədələnən 29 yaşlı forvard bir müddət yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, "Gənclərbirliyi" - "Beşiktaş" görüşü bu gün Bakı vaxtı ilə saat 21:30-da keçiriləcək. Bu komandaların ilk oyununda "Beşiktaş" 3:1 hesabı ilə qalib gəlib. "Gənclərbirliyi"nin yeganə qolunu məhz Deniz Yılmaz vurmuşdu.
saytlarin hazirlanmasi