Millimizin və Türkiyənin "Gənclərbirliyi" klubunun futbolçusu Dəniz Yılmazın zədəsi sağalmayıb.
Sportal.az xəbər verir ki, Türkiyə kubokunun 1/8 final mərhələsinin "Beşiktaş"la cavab görüşündə oynamayan hücumçu bugünkü məşqdə də iştirak etməyib.
Məşq zamanı zədələnən 29 yaşlı forvard bir müddət yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib.
Qeyd edək ki, Dəniz Yılmaz qış transfer pəncərəsində "Bursaspor"dan ayrılaraq "Gənclərbirliyi"nə transfer olub.
saytlarin hazirlanmasi