Türkiyə Super Liqasında 21-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” doğma meydanda “Trabzonspor”la üz-üzə gəlib və bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Dəniz görüşün 72-cü dəqiqəsində meydana daxil olub və sabiq komandasına qarşı oynayıb.
“Gənclərbirliyi” geridə qalan turlarda topladığı 22 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi