Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” doğma meydanda “İnqolştad”la qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Nazarov bu qarşılaşmada 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Aue” geridə qalan turlarda topladığı 24 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi