Türkiyə BAL Liqasında 15-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Röyal Nəcəfovun çıxış etdiyi "Ağrıspor" doğma meydanda ən yaxın izləyicisi "Batman Bələdiyəspor"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.
Röyal Nəcəfov bu matça start heyətdə başlayıb. O, 24-cü dəqiqədə komandasına qələbə qazandıran qolun müəllifi olub. Bununla da təcrübəli forvard Türkiyədə vurduğu qolların sayını 13-ə çatdırıb.
Qələbə sayəsində xallarını 44-ə yüksəldən "Ağrıspor" zirvədəki yerini bir qədər də möhləmləndirib. İkinci pillədəki "Batman Bələdiyəspor"un isə 32 xalı var.
saytlarin hazirlanmasi