Almaniya 2-ci Bundesliqasında 23-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimiz yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” səfərdə “Holştayn”la qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Nazarov start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib.
“Aue” geridə qalan turlarda topladığı 25 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi