“Ayntraxt” klubunun U-19 kollektivi gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb.
Sportal.az xəbər verir ki, frankfurtlular 18-ci tur çərçivəsində doğma meydanda “Karlsrue” ilə qarşılaşıb. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.
"Ayntraxt"da çıxış edən milli komandamızın forvardı Renat Dadaşov start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının yeganə qolunu 89-cu dəqiqədə millimizin futbolçusu vurub.
16 matçdan sonra aktivində 19 xal olan “Ayntraxt” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi