"Qarabağ"ın rəqibi yoxlama oyunu keçirəcək

17:41 - 5 Sentyabr 2018

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vorskla" yoldaşlıq oyunu keçirəcək.

 

Sportal.az xəbər verir ki, rəqib Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" olacaq. Qarşılaşma milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə müddətində - sentyabrın 8-də Krutoy Beryoz şəhərindəki "Ltava" stadionunda oynanılacaq.

 

Paşayev UEFA Millətlər Liqasının görüşləri ilə əlaqədar Azərbaycan yığmasının düşərgəsində olduğundan, "Vorskla"ya qarşı çıxış edə bilməyəcək. O, sentyabrın 7-də Bakıda Kosovo, sentyabrın 10-da isə səfərdə Malta ilə keçiriləcək matçlara dəvət alıb.

 

Qeyd edək ki, Azərbaycan və Ukrayna təmsilçisi arasındakı ilk görüş oktyabrın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Səfərdəki matç isə noyabrın 8-də Poltava şəhərindəki Aleksey Butkovski adına stadionda təşkil olunacaq.

Xəbər xətti