Vaqner Lavın yeni klubu bəlli oldu

14:26 - 26 Yanvar 2019

"Beşiktaş"ın braziliyalı hücumçusu Vaqner Lav ölkəsinə qayıdıb.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı forvard "Korintians"a keçib. Klub saytının yaydığı məlumata görə, Lavla 2020-ci ilin yayına kimi müqavilə imzalanıb.

 

Qeyd edək ki, Braziliya millisinin sabiq üzvü ötən ilin əvvəlində "Alanyaspor"dan "Beşiktaş"a 3,5 milyon avroya keçmişdi.

Xəbər xətti