Ağsuda futbol akademiyası açılacaq

17:46 - 26 Yanvar 2019

Ağsuda futbol akademiyası açılacaq.

 

Bu barədə I Divizionda mübarizə aparan "Ağsu" klubunun baş məşqçisi Rüfət Quliyev Sportal.az-a açıqlamasında deyib:

 

"Ağsuda futbol akademiyasının açılması nəzərdə tutulub. Bunun proyekti hazırlanır. Artıq sənədləşmə işləri gedir. Yaxın zamanlarda Ağsuda futbol akademiyası fəaliyyətə başlayacaq. Tikinti işləri başa çatandan sonra mərhələli şəkildə mütəxəssislər, məşqçilər və uşaqlar akademiyaya cəlb ediləcək. Uşaqların futbola cəlb olunması yönündə işlər aparılacaq. Gənc futbolçuların akademiyada qalmaq və futbolun sirrlərini öyrənmək fürsəti olacaq.  Proyektlə tanış olmuşuq, inşası başlanandan sonra digər məsələlər də həyata keçəcək. Məndə olan məlumata görə, federasiya rəhbərliyi də buna dəstəkdir".

Xəbər xətti