"Sumqayıt" Antalya toplanışını qələbə ilə başa vurdu

19:05 - 26 Yanvar 2019

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün son yoxlama oyunlarına çıxıb.


Sportal.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi bir gündə iki görüşdə qüvvəsini sınayıb. “Sumqayıt” öncə Almaniya Regional Liqası təmsilçisi “Optik Rathenou”, daha sonra isə Serbiya təmsilçisi “Zemun”la qarşılaşıb.


“Sumqayıt” – “Optik Rathenou” matçı hava şəraitinin pisləşdiyinə görə, ləğv olunub. “Zemun” qarşılaşmasının da Lara bölgəsindəki “Fanatik” stadionunda keçirilməsi nəzərdə tutulsa da, hava şəraitinin pis olmasına görə, matç Manavgat stadionunda oynanılıb və saat 16:50-də start götürüb. Bu oyunda isə “Sumqayıt” qələbə qazanıb. Nəticədə, Ayxan Abbasovun çalışdırdığı kollektiv Antalya toplanışını qələbə ilə başa vurub.

 

Yoxlama oyunları

26 yanvar

 

12:00. Sumqayıt – Optik Rathenou (Almaniya) 0:1

(Kəskin hava şəraiti ilə əlaqədar olaraq qarşılaşmanın 2-ci hissəsi baş tutmayıb)

 

"Sumqayıt": 1. Mehdi Cənnətov, 4. Peyman Keşavarz, 6. Səbuhi Abdullazadə, 9. Ehtiram Şahverdiyev, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 44. Valeh Seyidov, 60. Elvin Məmmədov, 70. Ülvi İsgəndərov, 77. Murad Xaçayev, 90. Elvin Bədəlov

 

Lara. “Fanatic” stadionu

 

16:50. Sumqayıt – Zemun (Serbiya) 2:1
Qol:
Yusif Nəbiyev, 24. Ülvi İsgəndərov, 63.

 

"Sumqayıt": 12. Rəşad Əzizli, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (K), 5. Adil Nağıyev, 10. Aleksey İsayev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 41. Peyman Babaei, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov, 99. Əli Babayev

 

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 4. Keşavarz, 7. Cavid Tağıyev, 11. Atilla Yıldırım, 25. Baxşəli Baxşəliyev, 70. Ülvi İsgəndərov

 

Manavgat stadionu

Xəbər xətti