İtaliyanın "İnter" klubu müdafiə xəttini gücləndirib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Milan təmsilçisi "Sauthempton"un müdafiəçisi Sedrik Suareşi mövsümün sonuna qədər icarəyə götürüb. "İnter" bu keçid üçün 500 min avro xərcləyib. "Göy-qaralar" mövsümün sonunda Portuqaliya millisinin üzvünü 11 milyon avro qarşılığında birdəfəlik transfer etmək hüququna sahibdir.
Qeyd edək ki, 27 yaşlı cinah müdafiəçisi İngiltərə klubuna 2015-ci ildə "Sportinq"dən 6,5 milyon avroya keçmişdi.
saytlarin hazirlanmasi