İspaniyanın "Espanyol" klubu hücum xəttinə yeni futbolçu alıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi Çinin "Şanxay SİPQ" klubundan Vu Leyi rənglərinə bağlayıb. 27 yaşlı hücumçu ilə 2022-ci ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Çin millisinin üzvü ötən il Super Liqada 29 oyuna 27 qol vuraraq, bombardir olmuşdu.
saytlarin hazirlanmasi