Pedro Enrike PAOK-a qayıtdı

17:25 - 28 Yanvar 2019

"Astana" ilə icarə müqaviləsini pozan "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike PAOK-a qayıdıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Saloniki klubunun saytı məlumat yayıb. 

 

28 yaşlı vingerin PAOK-la müqaviləsi 2020-ci ilin yayına qədərdir.

 

Qeyd edək ki, Pedro Enrike ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirmişdi. PAOK ötən yay Pedronu "Astana"ya bir illik icarəyə vermişdi.

Xəbər xətti