"Fənərbağça"dan La Liqa klubuna keçdi

01:13 - 29 Yanvar 2019

Türkiyənin “Fənərbağça” klubu futbolçusu Dieqo Reyesi icarəyə verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, meksikalı müdafiəçi İspaniyanın “Leqanes” klubuna keçib. 26 yaşlı futbolçu La Liqa təmsilçisində mövsümün sonuna kimi çıxış edəcək.

 

Qeyd edək ki, Meksika millisinin üzvü ötən yay "Portu"dan ayrıldıqdan sonra "Fənərbağça"ya keçib. 

Xəbər xətti