PSJ yarımmüdafiə xəttinə yeni futbolçu alıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Paris klubu "Zenit"in futbolçusu Leandro Paredesi transfer edib. Bu keçid paytaxt təmsilçisinə 40 milyon avroya başa gəlib. Argentina millisinin üzvüylə 2023-cü ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, "Zenit" 24 yaşlı yarımmüdafiəçini 2017-ci ildə "Roma"dan 23 milyon avroya transfer etmişdi.
saytlarin hazirlanmasi