Medhi Benatia ilə yolları ayıran "Yuventus" müdafiə xəttinə yeni oyunçu alıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, A Seriya təmsilçisi "Latsio"da çıxış edən Martin Kaseresi rənglərinə bağlayıb. Uruqvaylı cinah müdafiəçisi "ağ-qaralar"da mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. "Qoca sinyora" 31 yaşlı futbolçunun keçidi üçün 600 min avro ödəyib.
Qeyd edək ki, bu, Kaseresin "Yuventus"a 3-cü keçididir.
saytlarin hazirlanmasi