Fransanın PSJ klubu hücumçusu Xese Rodriqesi icarəyə verib.
Sportal.az xəbər verir ki, ispaniyalı hücumçu karyerasını vətənində davam etdirəcək. 25 yaşlı futbolçu "Real Betis"ə keçib. Klub saytının məlumatına görə, o, mövsümün sonuna kimi komandada icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, PSJ Xeseni 2016-cı ildə Madrid "Real"ından 25 milyon avroya transfer etmişdi.
saytlarin hazirlanmasi