"Çelsi"nin futbolçusu Fransa klubunda

14:09 - 30 Yanvar 2019

"Çelsi" müdafiəçisi Abdul Rəhman Babanı icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı sol cinah müdafiəçisi karyerasını Fransada davam etdirəcək. Qana millisinin üzvü Liqa I təmsilçisi "Reyms"lə müqavlə imzalayıb. Klub saytının məlumatına görə, komandada mövsümün sonuna qədər çıxış edəcək.

 

Qeyd edək ki, "Çelsi" qanalı futbolçunu 2015-ci ildə "Auqsburq"dan 20 milyon avroya transfer etmişdi. O, iki il "Şalke"də icarə əsasında çıxış edib.

Xəbər xətti