"Borussiya"nın futbolçusu Şinji Kaqava karyerasını Fransada davam etdirəcək.
Sportal.az "France Football"a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu "Monako" ilə anlaşıb. "Knyazlıq klubu" yaponiyalı futbolçunu mövsümün sonuna qədər icarəyə götürüb.
Qeyd edək ki, Kaqava 2010-cu ildə "Sereso Osaka" klubunda "Borussiya"ya keçmişdi. 2012-ci ildə "Mançester Yunayted"ə üz tutan futbolçu 2014-cü ildə Dortmund klubuna qayıtmışdı.
saytlarin hazirlanmasi