"Arsenal" "Barselona"nın futbolçusunu icarəyə götürdü

00:19 - 31 Yanvar 2019

"Barselona" futbolçusu Denis Suaresi icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi "Arsenal"a keçib. London klubu ispan futbolçunu satın alma şərti ilə mövsümün sonuna qədər icarəyə götürdüyünü açıqlayıb.

 

Qeyd edək ki, Suares "Selta"nın yetirməsidir. O, 2011-ci ildə "Mançester Siti"yə transfer olsa da, əsas komandada möhkəmlənə bilmədi. Denis "Sevilya" və "Vilyarreal"da da çıxış edib.

Xəbər xətti