Seneqallı hücumçu rəsmən "Qalatasaray"da

00:23 - 31 Yanvar 2019

"Qalatasaray" hücumçu transfer reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "sarı-qırmızılar" "Kasımpaşa"nın hücumçusu Mbaye Dianeni transfer edib. "Sarı-qırmızılar" bu keçid üçün 10 milyon avrosundan keçib. "Qalatasaray" mövsümün sonunda Super Liqanın qalibi olsa, qarşı tərəfə daha 3 milyon avro bonus ödəyəcək.

 

Qeyd edək ki, Diane ötən ildən "Kasımpaşa"da oynayır. Seneqal millisinin üzvü cari mövsüm Super Liqada 17 oyuna 20 qol vurmaqla çempionatın bombardiridir.

Xəbər xətti