"Fənərbağça" "Qalatasaray"dan ayrılan futbolçu ilə anlaşdı

01:04 - 31 Yanvar 2019

"Qalatasaray" müdafiəçisi Sərdar Azizlə yolları rəsmən ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, müqaviləyə qarşılıqlı xitam verildiyi üçün futbolçu İstanbul klubuna 2,3 milyon avro təzminat ödəyəcək.

 

28 yaşlı müdafiəçi karyerasını İstanbulun digər təmsilçisi "Fənərbağça"da davam etdirəcək. "A Spor"un məlumatına görə, "sarı-lacıvərdlilər" Türkiyə millisinin üzvüylə anlaşıb. Transferin tezliklə rəsmi şəkildə açıqlanacağı gözlənilir.

 

Qeyd edək ki, Sərdar Aziz 2016-cı ildə "Bursaspor"dan "Qalatasaray"a 4,5 milyon avroya keçmişdi.

Xəbər xətti