"Zirə"də baxışda olan malavili hücumçu Robin Nqalande ilə bağlı qərar verilib.
Sportal.az kickoff.com-a istinadən xəbər verir ki, malavili futbolçu məşqçilər korpusunun etimadını qazanıb. Bu səbəbdən də "qartallar" 26 yaşlı futbolçu ilə 6 ay + 1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Nqalande son olaraq CAR-ın "Baroko" klubunda çıxış edib və 6 ay klubsuz qalıb. Robin Madrid "Atletiko"susunun C komandasında, həmçinin "Ayaks Kayp Taun" və "Platinium Starz"da da forma geyinib.
saytlarin hazirlanmasi