"Fənərbağça" yeni transferini rəsmən açıqladı

11:40 - 31 Yanvar 2019

"Fənərbağça" növbəti transferini rəsmiləşdirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Qalatasaray"dan ayrılan Sərdar Azizlə 3,5 illik müqavilə imzalayıb. 28 yaşlı müdafiəçinin illik maaşı 2 milyon avro olacaq.

 

Qeyd edək ki, Sərdar Aziz 2016-cı ildə "Bursaspor"dan "Qalatasaray"a 4,5 milyon avroya keçmişdi.

Xəbər xətti