ABŞ-ın "Toronto" klubunda çıxış edən Sebastyan Covinko karyerasını Səudiyyə Ərəsəbistanında davam etdirəcək.
Sportal.az xəbər verir ki, 32 yaşlı hücumçu Bafetimbi Qomisin çıxış etdiyi "Əl-Hilal"a transfer olub. Bu keçid üçün ərəblər 3 milyon dollar təzminat ödəyib.
Qeyd edək ki, "Yuventus"un yetirməsi 2015-ci ildə "Toronto"ya keçmişdi. İtaliya millisinin üzvü MLS-də 142 oyuna 83 qol vurub, 51 məhsuldar ötürmə verib.
saytlarin hazirlanmasi